Bakı güclü turizm potensialına malik şəhərdir.
Aznews.az xəbər verir ki, Bu barədə almaniyalı səyyah Tomas Preynl bildirib.
O, ilk dəfə Azərbaycan paytaxtına 25 il əvvəl səfər etdiyini və o vaxt şəhərin tamamilə fərqli göründüyünü söyləyib:
"Bu, mənim Bakıya üçüncü səfərimdir. Bura fantastik bir yerdir, aydındır ki, turizm infrastrukturuna böyük sərmayə qoyulur".
Qarabağa səfərindən danışarkən o, azad edilmiş əraziləri ziyarət etməkdən məmnun olduğunu qeyd edib: "Gördüklərim məni heyran etdi: dağıntılar təmizlənmiş, tarixi binalar bərpa olunmuş və Qarabağ tədricən müharibədən əvvəlki görünüşünə qayıtmışdı. Əminəm ki, Qarabağ bölgəsindəki şəhərlər ötən ildən daha da yaxşı görünəcək".