Körfəz ölkələri çərşənbə günü yaydıqları birgə bəyanatda Tehranı daha bir dəfə qınayıblar.
AzNews.az xəbər verir ki, bəyanatda "İranın qonşu dövlətlərə qarşı bütün təcavüzü və ya təhdidi, o cümlədən proksilərdən istifadəni dərhal və qeyd-şərtsiz dayandırması" tələb olunur.
Sənədi imzalayan ölkələr- Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı və İordaniya İrana həmçinin özünümüdafiə hüquqlarını qoruyub saxlamaları barədə xəbərdarlıq ediblər.
Bəyanatda ölkələr "İrana sadiq olan hücrələr və Hizbullahla əlaqəli əlaqəli terror təşkilatları tərəfindən planlaşdırılan regional dövlətlərin təhlükəsizliyini və sabitliyini pozan hərəkətləri və fəaliyyətləri" də pisləyiblər.
AzNews.az