Qalibafdan heç də qalibanə olmayan açıqlama: İranın adalarının işğalı planlaşdırılır

26 Mart 2026 03:57 (UTC+04:00)

İran Parlamentinin sədri Məhəmməd Qalibaf kəşfiyyat məlumatlarına istinad edərək İran bır adasının işğal edilməsinə hazırlıq aparıldığını iddia etdi.

Qalibaf açıqlamasında İranın düşmənlərinin regional bir ölkənin dəstəyi ilə hərəkət etdiyini bildirərək deyib:

"Bütün düşmən hərəkətləri bizim nəzarətimiz altındadır. Əgər onlar hərəkətə keçsələr, həmin ölkənin həyati əhəmiyyətli infrastrukturu limitsiz və amansız hücuma məruz qalacaq".

İran rəsmisinin açıqlamalarından sonra diqqət yenidən Fars körfəzindəki strateji nöqtələrə yönəlib. Bu kontekstdə Hark adasının hərbi elementlər, hava hücumundan müdafiə sistemləri və minalarla gücləndirildiyi iddia edilir.

Müşahidəçilərin fikrincə, son hadisələr İranla regiondakı rəqib ölkələr arasındakı gərginliyi yenidən ön plana çıxarıb. Xüsusilə, Səudiyyə Ərəbistanının əvvəllər ABŞ-a İrana qarşı quru əməliyyatı təklif etdiyi iddiaları ortaya çıxsa da, Ər-Riyad administrasiyası bu iddiaları təkzib etməsi xatırladılır. Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman haqqında açıqlamaları da diqqəti cəlb etmişdi. Oval Ofisdə keçirilən mətbuat konfransında Tramp Səudiyyə Ərəbistanının regiondakı rolunu vurğulayaraq demişdi: "Onlar bizimlə birlikdə hərəkət edirlər"

Lakin Səudiyyə Ərəbistanın İranla quru sərhədi yoxdur. Onun dəniz vasitəsi ilə hücumlara dəstək verəcəyi ehtimal oluna bilər. Eyni zamanda, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də İranın raket zərbəsinə məruz qaldığından prosesə qoşula bilər.

AzNews.az