Trampdan sensassion açıqlama: "Deyirlər ki, səni İranın Ali Lideri seçək"

26 Mart 2026 04:43 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trump çərşənbə günü bildirib ki, İran danışıqlara meyllidir, lakin bunu açıq şəkildə etiraf etmək istəmir.

AzNews.az xəbər verir ki, ABŞ prezidenti deyib: “Onlar danışıqlar aparır, və həqiqətən də razılıq əldə etmək istəyirlər, amma bunu deməyə qorxurlar, çünki öz xalqı tərəfindən öldürüləcəklərini düşünürlər".

“Eyni zamanda, biz tərəfindən də öldürülməkdən qorxurlar,” - deyə o, Milli Respublika Konqres Komitəsinin illik vəsait toplama mərasimində bildirib.

Trump əlavə edib ki, heç bir dövlətdə rəhbər olmağı İrandakı qədər az istəməyiblər.

“Mən istəmirəm. Bəzi sözlərini dinləyin. Biz bunu çox aydın eşidirik… Biz sizi növbəti Ali Lider etmək istəyirik. Yox, təşəkkür edirəm. Mən istəmirəm,” – deyə o əlavə edib.

Tramp daha sonra deyib:

“Mən "müharibə" sözünü işlətməyəcəm. Çünki deyirlər ki, əgər "müharibə" sözünü işlətsən, yaxşı çıxmaz. Onlar müharibə sözünü sevmirlər, çünki icazə alınmalıdır. Ona görə mən "hərbi əməliyyat" sözünü işlədəcəm, əslində budur. Bu, hərbi sarsıtma adlanır,” - deyə Trump əlavə edib.

AzNews.az