ABŞ və İsrail Abbas Əraqçini bu müddətdə hədəf siyahısından çıxarıb

26 Mart 2026 09:24 (UTC+04:00)

ABŞ və İsrail İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafı müvəqqəti olaraq hədəf siyahısından çıxarıb.

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata görə, bu addım İran nümayəndələri ilə mümkün danışıqların aparılması məqsədilə atılıb.

Bildirilib ki, sözügedən şəxslərin hədəf siyahısından çıxarılması 4–5 gün müddətinə nəzərdə tutulub.