«Şahdəniz-2» layihəsi çərçivəsində müqavilələr imzalandı

19 Sentyabr 2013 16:54 (UTC+04:00)
Bu gün Bakıda "Şahdəniz-2" layihəsi çərçivəsində qazın alıcıları ilə müqavilələrin imzalanması mərasimi baş tutub.


"APA-Economics"in məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Şahdəniz" yatağından çıxarılan qazı 9 ölkənin şirkətlərinə satacaq. Şirkətin prezidenti Rövnəq Abdullayev bildirib ki, bu müqavilələr çərçivəsində Azərbaycan qazı Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq.

Qeyd edək ki, 9 ikitərəfli müqavilə imzalanıb. Azərbaycan tərəfdən müqavilələri ARDNŞ prezidenti R.Abdullayev imzalayıb. Müqavilələr "Bulgargas", "DEPA", "Shell", "Gas Natural Fenosa", "EON", "Gaz de France", "Hera", "Enel" və "Axpo" şirkəti ilə imzalanıb.


AzNews.az