Beynəlxalq səyyahlar Ağdam Cümə məscidində olublar - FOTO

26 Mart 2026 13:12 (UTC+04:00)

"NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərlik etdiyi beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdama gəliblər.

Səyyahlar Ağdam Cümə məscidi və Çörək muzeyinin qalıqları ilə tanış olublar.

Onlara işğal dövründə törədilən dağıntılar və aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Aznews.az