ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlar davam edir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında yayılan açıqlamada, qurumun komandanı admiral Bred Kuper əməliyyatların gedişi ilə bağlı son məlumatları bölüşüb.
“10 mindən çox hədəf vurulub”
Kuper bildirib ki, əməliyyat artıq 4-cü həftəsinə daxil olub və planlaşdırılan hərbi məqsədlər qrafikdən geri qalmadan, hətta daha sürətli şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, ABŞ qüvvələri bu günə qədər İranda 10 mindən çox hərbi hədəfi vurub:
“Düzünü desəm, İrana məxsus 10 mininci hədəfi cəmi bir neçə saat əvvəl vurduq.”
Mövsüm,
AzNews.az