ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı mümkün “son zərbə” ilə bağlı hərbi variantlar hazırlayır.
Axios-un ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, müzakirə olunan planlara quru əməliyyatları və genişmiqyaslı bombardman kampaniyası daxildir.
Müzakirə olunan variantlar
Məlumata əsasən, aşağıdakı addımlar nəzərdən keçirilir:
Gərginlik arta bilər
ABŞ rəsmiləri hesab edir ki, diplomatik səylər uğursuz olarsa və ya Hörmüz boğazı bağlı qalarsa, vəziyyətin daha da kəskinləşməsi ehtimalı yüksəkdir. Bununla belə, hələlik heç bir yekun qərar qəbul edilməyib və bəzi planlar hipotetik xarakter daşıyır.
Regiona əlavə qüvvələr göndərilir
Xəbərdə qeyd olunur ki, ABŞ artıq bölgəyə minlərlə hərbçi və əlavə hava qüvvələri göndərir.
Vasitəçilik cəhdləri davam edir
Mənbənin sözlərinə görə, Pakistan, Misir və Türkiyə danışıqların təşkili üçün çalışır. Lakin əsas problem qarşılıqlı etimadsızlıqdır.
“Problem etimadsızlıqdır. İnqilab Keşikçiləri Korpusunun komandirləri çox şübhə ilə yanaşır. Amma vasitəçilər hələ də səylərindən vaz keçməyiblər”, – deyə mənbə bildirib.
Mövsüm,
AzNews.az