ABŞ və İsrailin fevralın 28-də başladığı və İranın cavab zərbələri ilə davam edən münaqişə fonunda gərginlik qalmaqdadır.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yeni açıqlama verərək NATO ölkələrini sərt tənqid edib.
“NATO heç nə etmədi”
Tramp bildirib ki:
“NATO ölkələri, hərbi baxımdan məhv edilmiş dəli ölkə olan İran məsələsində heç nə etmədi. ABŞ-nin NATO-dan heç bir gözləntisi yoxdur. Bunu heç vaxt unutmayın.”
“Qorxurlar”
Tramp daha əvvəl Respublikaçıların illik ianə tədbirində çıxışında İranla bağlı fikirlərini də bölüşüb. O iddia edib ki, İran tərəfi danışıqlar aparır və razılaşma əldə etmək istəyir, lakin bunu açıq deməkdən çəkinir:
“Bunu deməkdən qorxurlar. Çünki öz xalqları tərəfindən öldürüləcəklərini düşünürlər. Həm də bizim tərəfimizdən öldürülməkdən qorxurlar.”
“Müharibə yox, hərbi əməliyyat”
Tramp çıxışında “müharibə” ifadəsini işlətmək istəmədiyini də qeyd edib:
“‘Müharibə’ sözünü sevmirlər. Çünki onu işlətmək üçün rəsmi təsdiq lazımdır. Buna görə ‘hərbi əməliyyat’ deyəcəyəm. Əslində baş verən də budur – bu, hərbi məhvetmədir.
Mövsüm,
AzNews.az