İrana bağlı Tasnim xəbər agentliyi ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmalı olduğunu bəyan edib.
Agentliyin yaydığı məlumatda qeyd olunub ki, İran bu müqavilədən mümkün qədər tez ayrılmalıdır. Bildirilib ki, üzvlük ölkəyə fayda verməyib, əksinə ABŞ və İsrailə İranın nüvə proqramı barədə kəşfiyyat məlumatları toplamaq imkanı yaradıb.
Məqalədə həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tənqid edilərək iddia olunub ki, qurum İranın nüvə obyektlərinə dair məlumatlara çıxışın təmin olunmasında rol oynayıb və bu məlumatlardan hücumlarda istifadə edilib.
Bununla yanaşı vurğulanıb ki, İran müqavilədən çıxsa belə, “dinc məqsədli nüvə enerjisi” siyasətini davam etdirməlidir.
Mövsüm,
AzNews.az