Sent Lüsiya ilə oyunda qələbə Azərbaycan millisi üçün çox vacibdir.
Aznews.az xəbər verir ki, bu barədə komandanın kapitanı Emin Mahmudov mətbuat konfransında bildirib.
33 yaşlı yarımmüdafiəçi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:
"2026-cı ildəki ilk oyunda yaxşı çıxış etmək istəyirik. Qələbə qazanmaq bizim üçün çox vacibdir. Asan rəqib yoxdur. Uzun müddət qələbə qazana bilmirik. Meydana qalibiyyət üçün çıxmalıyıq".
Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.