Ermənistanda üç hərbçi bıçaqlanıb

26 Mart 2026 20:54 (UTC+04:00)

Ermənistanın Vardenis rayonunda ehtiyatda olan üç hərbçi bıçaqlanıb.

Aznews.az xəbər verir ki, bu barədə "News.am" Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Xəsarət alan hərbçilərin həyatı üçün təhlükə yoxdur, onlar hospitalın tibbi heyətinin nəzarəti altındadırlar. Hadisənin səbəblərini tam müəyyənləşdirmək üçün araşdırma başladılıb", - müdafiə qurumundan bildirilib.