Husilərin lideri: "Ənsar Allah" Yaxın Şərqdəki hərbi əməliyyatlara qoşulmağa hazırdır

26 Mart 2026 22:02 (UTC+04:00)

"Ənsar Allah" qruplaşması hadisələrin gedişindən asılı olaraq Yaxın Şərqdəki müharibəyə qoşulmağa hazırdır.

Aznews.az xəbər verir ki, bunu husilərin lideri Əbdülməlik əl-Husi bəyan edib.

"Hərbi cavab vermək zərurəti yarandıqda münaqişənin əvvəlki mərhələlərində etdiyimiz kimi, yubanmadan müdaxilə edəcəyik", - deyə o bildirib.

İran daha əvvəl qlobal ticarətin əsas mərkəzi olan Babül-Məndəb boğazını bağlamaqla hədələmişdi. Eyni zamanda, ABŞ Nəqliyyat Nazirliyi husilərin boğazda hücumları bərpa edə biləcəyi barədə xəbərdarlıq etmişdi.