İnterpolun axtardığı azərbaycanlı oğru saxlanıldı

19 Sentyabr 2013 17:06 (UTC+04:00)



İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ümid Ramazanov Gürcüstan–Türkiyə sərhədini keçərkən saxlanılıb. Lent.az-ın Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 26 yaşlı həmyerlimiz "Sarpi" sərhəd-keçid məntəqəsində yaxalanıb.

Ü. Ramazanov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 11 sentyabr 2013-cü il tarixdən külli miqdarda oğurluq etdiyi üçün axtarışa verilib. O, avqustun 18-də Q. Ramazanovun evinə soxularaq, divardakı dəmir seyfi qırıb və 200 min manatı oğurlayıb. Ü. Ramazanovu 12 ilədək azadlıqdan məhrumetmə gözləyir.

Qeyd edək ki, saxlanılan şəxs Acariya – Quriya regional müvəqqəti saxlama təcridxanasına salınıb və üzərində ekstradisiya öncəsi prosedurlar aparılır.

AzNews.az