"Amerika Birləşmiş Ştatlarının ali məqsədi nədir? Amerika İranı işğal etmək istəyir. İranda hakimiyyəti dəyişib, özlərinə münasib bir hakimiyyət qurmaq istəyir. Aparılan hərbi əməliyyat da buna hesablanmışdır. Hətta Amerika Birləşmiş Ştatlarının prezidenti açıq şəkildə bəyan edirdi ki, İranda hakimiyyəti dəyişəcəklər. Aparılan əməliyyatın nəticəsi Amerika Birləşmiş Ştatları üçün uğurlu olmadı və istəklərinə çata bilmirlər. Çünki İranda zərər çəksə də, işğala məruz qalsa da, aqressiyaya məruz qalsa da və kifayət qədər İran dövləti, həmin infrastrukturu, yəni İranın infrastrukturu böyük ziyan görmüşdür. Dövlət və ictimai xadimlər qətlə yetirildi. Buna baxmayaraq İran dövləti Amerika və İsrailə qarşı dirəniş göstərir. Amerika Birləşmiş Ştatlarının diplomatiyasına inanmaq olmaz. Onu da qeyd edim ki, İran arasında bir neçə dəfə danışıqlar aparılmışdı. Diplomatik kanallarla fikir mübadiləsi edilmişdi. Uranın zənginləşdirilməsi barəsində kifayət qədər sövdələşmələr də olmuşdu. Amma buna baxmayaraq Amerika Birləşmiş Ştatları verdiyi razılaşmadan bu və ya digər formada müəyyən bəhanələrlə imtina etmişdi. Bu da onunla əlaqədardır ki, Amerikanın strategiyasına görə İran dövlətini öz nəzarətinə keçirmək istəyir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, İran ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü 15 bəndlik planı qəbul etməyib. Məlumata görə, Tehran Vaşinqtonun irəli sürdüyü şərtləri qəbuledilməz hesab edərək, onları ölkənin suverenliyi və milli maraqları ilə uzlaşmayan bir yanaşma kimi qiymətləndirib. Buna görə də İran tərəfi həmin planın qəbul olunmasını mümkün saymayıb.
Siyasi şərhçi qeyd edib ki, bu məqsədə çatmayınca aparılan bütün məsələlər sadəcə bir taktiki gediş ola bilər.
"Yəni aparılan diplomatik danışıqlar da vaxt qazanmaq məqsədi ilə həyata keçirilirdi. Ümumilikdə, Amerikanın diplomatiyasına inanmaq sadəlövhlük olar və İran dövləti də bunu anlayır. Amerika Birləşmiş Ştatları İrana diktə etmək istəyir və bunu hədəfləyir. Düzdür, hərbi əməliyyatlar zamanı İran dövləti böyük ziyan çəksə də, Amerika bu proseslərdə hərbi üstünlük əldə etsə də, amma siyasi baxımdan Birləşmiş Ştatların apardığı siyasət fiaskoya uğrayır. Çünki Hörmüz boğazının bağlanması tək Amerika Birləşmiş Ştatlarına deyil, eyni zamanda onun müttəfiqlərinə də böyük ziyan vurur və bunun fonunda müttəfiqləri Birləşmiş Ştatlara qarşı çıxış edir. Birləşmiş Ştatların prezidenti Tramp düşünürdü ki, İranda hərbi əməliyyatlar aparılarsa və ümumilikdə NATO bloku və Birləşmiş Ştatların çağırışına uyğun beynəlxalq bir koalisiya yaradılacaq və bununla da tezliklə İranda hakimiyyət öz nəzarətinə keçiriləcək. Proses Amerikanın istədiyi ssenari üzrə getmədi. Düzdür, dediyim kimi İran dövləti ziyan görsə də, kifayət qədər İran dövləti İsrailə hərbi müstəvidə ziyan vurmaqla yanaşı Birləşmiş Ştatlara əsasən siyasi müstəvidə zərbə vurdu. Çünki iqtisadiyyatın siyasətə, siyasətin də iqtisadiyyata bağlılığı var. İran əməliyyatı, Amerikanın İran üzərində apardığı əməliyyat siyasi baxımdan hərbi müstəviyə gəldikdə prosesin gedişi iqtisadi müstəvidə Birləşmiş Ştatların əleyhinə yönəldi. Çünki Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatında xaos yaratdı və bu, başlıca olaraq Amerikanın özünə də ziyan gətirdi və eyni zamanda onun müttəfiqlərinə də ziyan gətirdi. Bu baxımdan ABŞ-nin təklif etdiyi 15 maddədən ibarət danışığı sadəcə yeni bir taktiki gedişdir. Yenə də ABŞ İranı dialoq müstəvisində aldatmaqla yeni bir taktiki siyasət həyata keçirməyə çalışır və bunu İran dövləti yaxşı anlayır. Ümumilikdə bir misalı qeyd etmək yerinə düşər. ABŞ dost olmaq da bədbəxtçilikdir, düşmən olmaq da bədbəxtçilikdir. Bu məsələ bu fonda, yəni ABŞ ilə dialoq aparıb dostlaşmaq qeyri-mümkündür. Ümumilikdə ABŞ ilə düşmənçilik aparmaq da əldə etmək olmur, çünki ABŞ dünyada güc mərkəzidir. Bu baxımdan İran hazırda ABŞ-nin apardığı hərbi müdaxiləyə duruş gətirir. İran dövləti infrastrukturuna zərbələr endirilsə də, buna adekvat olaraq həm ABŞ-nin hərbi bazalarına, həm də iqtisadi sferasına ciddi ziyan vurur. Bu ziyan vurmağın nəticəsi də beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ müttəfiqlərinin ABŞ-yə qarşı etirazına səbəb olur. Hesab edirəm ki, aparılan danışıqlar taktiki xarakter daşıyır, ABŞ-nin strategiyası bir anlıq hakimiyyət dəyişməkdir. İran dövləti də bunu yaxşı anlayır və buna uyğun davranır. Yəni ABŞ-nin diktə etdiyi 15 şərti İran dövləti bir mənalı qəbul edə bilməz. Çünki bu proseslərdə İran dövləti həm iqtisadi infrastrukturuna böyük ziyan görür, həm də ictimai dövlət xadimlərinin qətlə yetirilməsi baş verir. O cümlədən də 200-dən artıq uşağın, şagirdin qətlə yetirilməsi fonunda İran dövləti bu proseslərdə ABŞ-yə güzəştə gedə bilməz. Beynəlxalq hüquq da bunu qeyd edir ki, İran üzərində aparılan hərbi əməliyyat Birləşmiş Millətlər Təşkilatının razılığı olmadan aparıldığı üçün beynəlxalq hüquqa ziddir. İran dövləti aqressiyaya məruz qalıb və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə görə özünü müdafiə etmək haqqı var. Bu müdafiə haqqı da bütün vasitələri əhatə edir, o cümlədən Hörmüz Boğazının bağlanması da özünü müdafiə xarakteri daşıyır. Çünki Birləşmiş Ştatlar hərbi cəhətdən İrana ziyan vurursa, İran da iqtisadi cəhətdən Birləşmiş Ştatlara və onun tərəfdarlarına ziyan vurur. Sadəcə, Birləşmiş Ştatlar bu proseslərdə iqtisadi və siyasi müstəvidə uğursuzluq əldə edib. Düzdür, hərbi müstəvidə İranın strateji hədəfləri vurulursa, dövlət və ictimai xadimlər qətlə yetirilirsə, buna baxmayaraq hərbi müstəvidə Birləşmiş Ştatların uğuru olsa da, siyasi və iqtisadi müstəvidə uğursuzluqdur. İran dövləti bunu yaxşı anlayır ki, Birləşmiş Ştatlar bu prosesləri tənzimləmək üçün taktiki gedişlər edir, vaxt qazanmaq istəyir və Birləşmiş Ştatlarda həm xarici, həm də daxili təzyiqləri yaxşı anlayır. Çünki aralıq seçkiləri gəlir. Bu baxımdan Amerikada Trampın reytinqi 30 faizə enibdir. Bu, Respublikaçıların məğlubiyyəti deməkdir. İran əməliyyatı Amerika Birləşmiş Ştatlarının ictimai rəyində Trampın əleyhinə yönəlir. Bu baxımdan Tramp növbəti 15 maddədən ibarət şərtləri İrana diktə edərək qəbul etdirmək istəyir ki, həm daxili imicini, həm də beynəlxalq imicini, öz müttəfiqlərinin rəğbətini qazansın. Amma İran dövləti də bunu yaxşı anlayır ki, bu taktiki xarakter daşıyır və ABŞ-nin diktəsini qəbul etmək olmaz. Sadəcə, dediyim kimi, Amerikan diplomatiyasına etibar etmək olmaz və bu prizmadan da çıxış edərək İran dövləti ABŞ-nin tələblərini qəbul etmir".
Rəfiqə Namazəliyeva,
AzNews.az