Türklərin rəqibi bəlli oldu

27 Mart 2026 10:05 (UTC+04:00)

futbol üzrə Türkiyə milli komandası Dünya Çempionatına vəsiqə uğrunda pley-off finalına yüksəlib.

Türkiyə millisi Rumıniya ilə qarşılaşaraq 1:0 hesabla qələbə çalıb.

Matçın yeganə qolunu 53-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.

Gecə oynanılan Kosovo - Slovakiya matçının güclüsü olan Kosovo yığması isə finalda türklərin rəqibi olacaq.

Qeyd edək ki, Türkiyə yığması isə DÇ-yə getmək üçün final qarılaşmasına martın 31-də çıxacaq.

AzNews.az