Hörmüz boğazı yenidən bağlandı

27 Mart 2026 13:59 (UTC+04:00)

ABŞ-İsrail və İran arasındakı müharibə davam edir.

ABŞ və İsrailin hücumlarına raketlərlə cavab verən İranın Hörmüz Boğazını bağlaması isə ticarət gəmilərinin hərəkətinə ciddi zərbə vurub.

Qlobal neft ticarətinin təxminən 20%-nin keçdiyi strateji əhəmiyyətli Boğazda, tarixi olaraq gündəlik orta hesabla 138 gəmi hərəkət edərkən, qarşıdurmalar başlayandan bəri trafik böyük ölçüdə azalıb.

Yenidən bağlandı

Orta Şərqdə baş verən hadisələrə bu gün yenisi əlavə olunub.

İran bir daha Hürmüz Boğazı ilə bağlı açıqlama verib.

İran İnqilab Keşikçiləri Hörmüz Boğazını tamamilə bağlayaraq boğazdan keçən hər bir gəminin sərt tədbirlərlə qarşılaşacağını bildirib.

İran həmçinin İsrail və ABŞ ilə əlaqəli ölkələrin limanlarına bütün nəqliyyat fəaliyyətlərinin qadağan edildiyini elan edib.

İnqilab Keşikçilərinin açıqlamasında deyilir:

“İsrail-Amerika düşmənlərimizin, onların müttəfiqlərinin və dəstəkçilərinin limanlarına həyata keçirilən bütün nəqliyyat fəaliyyətləri qadağan olunub.”

Mövsüm,

AzNews.az