AzərTac və İTAR-TASS rəhbərləri bir araya gəliblər

19 Sentyabr 2013 17:29 (UTC+04:00)
AzərTac-n müxbiri Fəridə Abdullayevaya istinadən bildirilir ki, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Moskvada keçirilən XV Baş Assambleyası çərçivəsində AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov ilə görüşüb.
S.Mixaylov bildirib ki, bu il 4 dəfə Azərbaycan paytaxtında işgüzar səfərdə olub və bu, Rusiya ilə Azərbaycan, habelə AzərTAc ilə İTAR-TASS arasında yüksək səviyyədə mehriban qonşuluq və qardaşlıq münasibətlərindən xəbər verir. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının cari ilin aprel ayında Bakıda keçirilən toplantısını məmnunluqla xatırlamış və dünyanın ən nüfuzlu ali məktəblərindən birinin məzunlarını planetimizin müxtəlif guşələrindən dəvət edərək bir araya gətirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
AzərTAc-ın baş direktoru Aslan Aslanov Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə İTAR-TASS Agentliyinin rəhbərinə təşəkkür edib. A.Asalnov zəngin ənənələrə malik iki agentlik arasında əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyət sahəsində etimadın artırılması, texniki əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunaraq, təkliflər irəli sürüb. AzərTAc-ın baş direktoru Sergey Mixaylovu bu il oktyabrın sonlarında Bakıda keçiriləcək Humanitar Forumda görməkdən məmnun olacağını söyləyib.

AzNews.az