Homoseksual telejurnalist boykot edildi- FOTO

19 Sentyabr 2013 17:59 (UTC+04:00)
Rusiyanın "Kultura" telekanalının jurnalisti Oleq Dusayev işdən çıxır. Jurnalistin işdən çıxmasına səbəb qeyri-ənənəvi cinsi orientasiyasını bəyan etməsi olub.

Məsələ bundadır ki, avqustun sonunda Oleq Dusayev öz "Facebook" səhifəsində qeyri-ənənəvi cinsi orientasiyasını etiraf etmişdi. "Dojd"a verdiyi müsahibəsində Dusayev bildirib ki, bundan sonra iş yoldaşlarının bir çoxu onunla münasibəti kəsiblər: "Əvvəllər mənə çox hörmət edən insanlar vardı. Hətta deyərdim ki, onlar mənə bir insan kimi hörmət edərdilər. İndi isə nümayişkəranə şəkildə arxa çevirirlər, gülürlər, "Allah göstərməsin!" və s. kimi sözlər deyirlər".(anspress)

AzNews.az