İsrailin hücumları nəticəsində Livanda 6 iranlı diplomat həlak olub.
Aznews.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rəsmi Tehran diplomatların ölümünü “təşkil olunmuş terrorizmin nümunəsi və beynəlxalq hüququn fundamental prinsiplərinə qəsd” kimi qiymətləndirir.
Qeyd edək ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Amir Saeid İravani martın 12-də ABŞ və İsrailin hücumları nəticəsində 1,3 mindən çox insanın həlak olduğunu bildirmişdi.
Bu gün isə "Tasnim" Xəbər Agentliyi İranda hücumlar nəticəsində yaralananların sayının 22 minə çatdığını açıqlayıb.