İranın nüvə obyekti vurulub

27 Mart 2026 19:57 (UTC+04:00)

İranın Atom Enerjisi Təşkilatı cümə günü bildirib ki, Yəzd əyalətində yerləşən Ərdəkan “yellowcake” (uran konsentratı) istehsalı zavodu ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia olunan hücumun hədəfi olub.

Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, ilkin qiymətləndirmələrə əsasən, obyektin xaricinə radioaktiv maddə sızması qeydə alınmayıb.

Həmçinin bildirilib ki, ətraf ərazilərdə yaşayan insanlar üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, “yellowcake” uran filizinin emalı nəticəsində əldə edilən və nüvə yanacağı istehsalının ilkin mərhələsi hesab olunan maddədir.

Mövsüm,

AzNews.az