Martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.
Aznews.az Trend--ə istinadən xəbər verir ki, meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.