Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb

28 Mart 2026 11:32 (UTC+04:00)

Dünən gecə saatlarından başlayan güclü leysan yağışları şimal-qərb bölgəsində müəyyən çətinliklər yaradıb.

Aznews.az xəbər verir ki, güclü leysan yağışları nəticəsində Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında yolları su basıb.

Hazırda Şamaxı rayon ərazisində güclü leysan səbəbi ilə yollarda su səviyyəsi qalxıb, avtomobillərin hərəkətində çətinliklər müşahidə olunur.