Bakı şəhərində güclü yağıntı qeyri-adi hadisəyə səbəb olub.
Aznews.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Binə və Sədərək ticarət mərkəzləri arasında yerləşən göldə baş verib.
Belə ki, intensiv yağış nəticəsində göldə suyun səviyyəsi kəskin şəkildə artaraq daşqına səbəb olub. Nəticədə göldə saxlanılan balıqlar ətrafa yayılıb.
Hadisə zamanı ərazidən keçən bəzi şəxslər yaranmış vəziyyətdən istifadə edərək, ətrafa yayılan balıqları tor vasitəsilə tutmağa başlayıblar.