Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
Aznews.az xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
Qeyd edək ki, Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.
Daha sonra görkəmli sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.