İspaniya ABŞ və İsrail təyyarələri üçün öz hava məkanını bağladı

30 Mart 2026 11:34 (UTC+04:00)

İspaniya öz hava məkanını ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirak edən təyyarələr üçün bağlayıb.

Bu barədə Aznews.az İspaniya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Madrid əməliyyatda iştirak edən qırıcı və yanacaqdoldurma təyyarələri üçün "Rota" (Kadis əyaləti) və "Moron-de-la-Frontera" (Sevilya) aviabazalarından istifadəni qadağan edib.

Bundan başqa, məhdudiyyətlər üçüncü ölkələrdəki, o cümlədən Böyük Britaniya və Fransadakı ABŞ təyyarələrinə də şamil edilir. Bu təyyarələrə də İspaniyanın hava məkanından keçmək qadağan edilib.

Lakin fövqəladə hallarda onların uçuşuna və ya enişinə icazə verilə bilər.