Tramp: “İranda faktiki rejim dəyişikliyi baş verib”

30 Mart 2026 11:50 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son hücumlardan sonra ölkədəki siyasi vəziyyətə dair diqqətçəkən açıqlamalar verib.

“Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp İranda faktiki olaraq “rejim dəyişikliyi” baş verdiyini iddia edib.

Tramp bildirib ki, İran rəhbərliyi ilə artıq fərqli bir komanda təmasdadır:

“Biz artıq rejimi dəyişmişik. Əvvəllər heç kimin əlaqə qurmadığı bir qrupla danışırıq. Tamamilə fərqli bir komandadır. Buna görə bunu rejim dəyişikliyi kimi qiymətləndirirəm.”

Atəşkəs planına cavab verilib

ABŞ-nin irəli sürdüyü 15 maddəlik atəşkəs planı ilə bağlı suala da cavab verən Tramp, Tehranın təklifə reaksiya verdiyini bildirib.

O qeyd edib:

“Bəli, bizə cavab verdilər. Maddələrin əksəriyyətinə cavab veriblər. Niyə verməsinlər ki?”

Bu açıqlama Vaşinqton ilə Tehran arasında danışıqların davam etdiyini göstərir.

Mövsüm,

AzNews.az