ABŞ Yaxın Şərqə minlərlə əsgər göndərdikcə, İrana qarşı quru əməliyyatı ehtimalı durmadan artır.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranda quru əməliyyatına hazırlaşdığı bildirilir.
"Washington Post" qəzetinin (WP) məsələ ilə tanış olan adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, minlərlə Amerika əsgəri və dəniz piyadası Yaxın Şərqə yerləşdirilir.
Prezident Donald Tramp təsdiqləsə, bu qoşunlar İranda həftələrlə davam edəcək potensial quru əməliyyatının bir hissəsi kimi yerləşdiriləcək. Rəsmilər qeyd edirlər ki, bu plan ABŞ-nin İrana hücumlarının ilk dörd həftəsindən daha riskli bir mərhələdir. Plan ABŞ qüvvələri üçün əvvəlki dövrlə müqayisədə xeyli ciddi təhlükələr yarada bilər. Əməliyyat zamanı ABŞ qoşunları İrandan gələn müxtəlif təhdidlərlə, o cümlədən dronlar , raket sistemləri, quru hücumları və əldəqayırma partlayıcı qurğularla üzləşə bilər.
Mövsüm,
AzNews.az