ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı və Hörmüz boğazının açılmayacağı təqdirdə Tehranın əsas infrastruktur obyektlərinin hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.
Tramp Truth Social platformasında paylaşımında bildirib:
“Əgər hər hansı səbəbdən yaxın zamanda razılaşma əldə olunmasa – ki, yəqin ki, olunacaq – və əgər Hörmüz boğazı dərhal ‘ticarət üçün açıq’ elan edilməzsə, biz İrandakı mövcudluğumuzu onların bütün elektrik stansiyalarını, neft yataqlarını və Xarg adasını (hətta bəlkə bütün duzsuzlaşdırma zavodlarını) partladaraq və tamamilə məhv edərək yekunlaşdıracağıq.”
Tramp əlavə edib ki, ABŞ artıq “yeni və daha məntiqli bir rejimlə” hərbi əməliyyatların dayandırılması üçün ciddi danışıqlar aparır və bu istiqamətdə irəliləyiş əldə olunub.
O, qeyd edib ki, adı çəkilən obyektlər hələlik hədəfə alınmayıb və mümkün zərbələr İranın ABŞ hərbçilərinə qarşı hücumlarına cavab xarakteri daşıyacaq.
Mövsüm,
AzNews.az