Avropa Şurasının prezidenti Antonio Kosta bazar ertəsi günü Pakistanın Baş naziri Şahbaz Şəriflə İran müharibəsi ilə bağlı telefon danışığı apardığını bildirib.
X-də paylaşım edən Kosta bildirib ki, Şərifin müharibəyə verdiyi qiymət və Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə İslamabadda keçirilən son məsləhətləşmələrin nəticələrini müzakirə edib.
O, bildirib ki, "Aİ müharibənin uzanması və onun artan qlobal təsirindən ciddi narahatdır".
Pakistan bazar günü bildirib ki, müharibəyə son qoymaq məqsədilə yaxın günlərdə danışıqlara ev sahibliyi etməyə hazırlaşır.
Mövsüm,
AzNews.az