Erməni əsirin taleyi yaxın zamanda məlum olacaq

19 Sentyabr 2013 20:40 (UTC+04:00)
Azərbaycanda saxlanan erməni əsir, sıravi Akop İnciqulyanın ölkəsinə qaytarılacağı, yoxsa üçüncü ölkəyə göndəriləcəyi yaxın zamanda məlum olacaq.

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsurun Ovannisyan bildirib.

Qeyd edək ki, erməni əsgər avqustun 8-də qoşunlarn təmas xəttində Azərbaycanın nəzarətində olan əraziyə keçib.

Bir neçə gün əvvəl isə erməni əsir ölkəsinə qayıtmaq istəmədiyini bildirərək üçüncü ölkəyə göndərilməsini xahiş edib.

Elnur
AzNews.az