"ABŞ dəstəyi İsrailin siyasətini gücləndirir" – Azad Məsiyev

30 Mart 2026 21:56 (UTC+04:00)

"İsrail dövləti yaranandan müxtəlif dövrlərdə, müxtəlif bəhanələrlə İsrail dövləti öz ərazisini genişləndirməkdədir. Faktiki olaraq indiki İsrail ərazisi Fələstin torpaqları hesabına genişlənibdir. Ümum dünya üzrə Yəhudi lobbisinin və İsrail dövlətinin belə bir qərarı var: Yaxın Şərqdə böyük bir Yəhudi dövləti yaratmaq. Bu yaxınlarda da İsrailin baş naziri toplantıların birində tarixi sənədə istinad edərək bəyanat səsləndirib. Bu nə deməkdir? Bu, Yaxın Şərqdə böyük bir Yəhudi dövləti yaratmaq. Yəhudi dövlətini və İsrail dövlətini yaratmaq üçün mütləq şəkildə İsrail müxtəlif dövrlərdə qonşuların ərazisini işğal edir. İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu strategiya zaman-zaman həyata keçirilməkdədir. Adını terrora, mübarizə, özünümüdafiə versiyası yaratmaq adı altında zaman-zaman qonşu dövlətlərin ərazilərini işğal etməkdədir. Suriyada olan yüksəklikləri ələ keçirməklə, indi də Liviyada və digər bölgələrdə bu problemlər yaşanmaqdadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Livan sərhədi boyunca gərginliyin artdığı bir vaxtda, İsrail hökumətinin cənub bölgəsində təhlükəsizlik bufer zonasını genişləndirməsi Yaxın Şərqdə hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirə bilər. Bu qərarın İsrail–Livan münasibətlərinə təsiri və regiondakı güc balansını necə dəyişəcəyi, eləcə də Hizbullah faktorunun proseslərə mümkün təsiri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Siyasi şərhçi qeyd edib ki, İsrail dövləti beynəlxalq hüquqa əməl etmir və qonşularla dinc yanaşı yaşamaq prinsipinə riayət etmir.

"İsrail dövləti arxasında ABŞ dəstəyini görərək bu cür aqressiv siyasəti həyata keçirməkdədir. Bu da ondan irəli gəlir ki, ABŞ-də yəhudi lobbisinin siyasi və maliyyə dəstəyi olmadan hakimiyyətə gəlmək real görünmür. Prezident Donald Tramp da yəhudi lobbisinin himayəsi altında hakimiyyətə gəlibdir və bununla əlaqədar Trampın İsrailə və yəhudilərə bir mənəvi borcu var. Bu baxımdan İsrail indiki baş nazirinin apardığı özbaşına siyasətə dəstək verməkdədir. İsrailin aqressiv siyasəti heç bir normalara uyğun gəlmir. Bu, beynəlxalq müstəvidə İsrailin indiki apardığı siyasət, istər İran olsun, istər Qəzzada aparılan soyqırım siyasəti olsun, istər qonşularla Suriyada, Livanda baş verən hadisələr də bir daha göstərir ki, İsrail dövləti ABŞ-nin himayəsi altında öz ərazisini genişləndirməkdədir. Eyni zamanda beynəlxalq hüququ tapdaq altına salır. İsrail dövləti qarşısına qoyduğu böyük Yəhudi dövləti, böyük İsrail dövlətini yaratmaq siyasətini bütün vasitələrlə həyata keçirməkdədir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bu proseslərə göz yummaqdadır. İstər Qəzzada baş verən soyqırım siyasəti, istər İranla aparılan siyasət, hərbi əməliyyatlar, istər Suriyada, istərsə də indi də bufer zonası adı altında 100 kilometrlik bir ərazini işğal etməklə öz təhlükəsizlik zolağını elan edir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət İsrailin bu cür riskli siyasətinə göz yumur. Bu da ondan irəli gəlir ki, İsrailin arxasında Birləşmiş Ştatların dəstəyini görərək, İsrailə qarşı gözün üstə qaşın var deyən yoxdur. Təbii ki, İsrailin bu hərəkətləri bir halda dayandırıla bilər ki, İsrail dövləti dünyanın iqtisadi və siyasi sistemindən təcrid edilməlidir, beynəlxalq sanksiyalara məruz qoyulmalıdır. Necə ki, Rusiya əleyhinə yaradılmış bir koalisiya, İsrail əleyhinə də yaradılmalı və İsrailin ipi yığılmalıdır. Çünki İsrailin bu cür riskli siyasətini yalnız onu həm siyasi, həm də iqtisadi sanksiyalara tətbiq etməklə dayandırmaq olar. Eyni zamanda da Amerikanın bu cür hərəkətlərinə də qınaq obyektinə çevrilməlidir. Artıq Birləşmiş Ştatlar Ümumdünya Yəhudi lobbisinin əlində bir alətə çevrilir. Hətta bunu Amerikanın rəsmiləri, siyasi xadimləri və ekspertləri dəfələrlə bəyan edib ki, Amerika dövləti Yəhudi lobbisinin diqtəsi ilə idarə olunur. Artıq proseslər də bunu göstərməkdədir".

Rəfiqə Namazəliyeva,

AzNews.az