Putindən Ukraynaya xəbərdarlıq

19 Sentyabr 2013 20:32 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Ukrayna Nazirlər Kabinetinin Avropa Birliyi ilə Assosiasiya haqqında razılaşma layihəsini dəstəkləmək qərarının şərh edib.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Vladimir Putin deyib ki, əgər Ukrayna əvvəlcə Gömrük İttifaqına qoşularsa, sonradan Rusiya ilə birlikdə Avropa ilə əməkdaşlıqda daha yaxşı şərtlər əldə edə bilərdi.

"Biz hesab edirik ki, əsas ticarət tərəfdaşımız olan Avropa ilə ticari və iqtisadi əlaqələrə dair yaxşı şərtlər əldə etmək üçün bizdə daha çox şanslar olardı", deyə Putin bildirib.

Bundan başqa o Kiyevi xəbərdar edib ki, Ukrayna və AB arasında azad ticarət zonası yarandıqda Rusiya öz bazarını ucuz Ukrayna mallarının axınından qoruyacaq.

"Biz ona görə də qabaqcadan xəbərdar edirik. Biz hər şeyi anlayırıq, bu sizin seçiminizdir, lakin nəzərə alın ki, biz öz bazarımızı qorumalı olacağıq və qoruma vasitələrini işə salacağıq. Biz bunu sizə açıq və səmimi deyirik", deyə prezident əlavə edib.


AzNews.az