Ərdoğan Barzaniyə edilən hücumdan narahatdır

30 Mart 2026 23:59 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Barzani ilə telefon danışığı aparıb.

Aznews.az xəbər verir ki, telefon danışığı zamanı regiondakı münaqişə prosesi və son hadisələr müzakirə olunub.

Ərdoğan Neçirvan Barzaniyə iqamətgahına edilən hücumla bağlı narahatlığını ifadə edib.

Türkiyənin bu və buna bənzər hücumların hər zaman əleyhinə olduğunu, regiondakı münaqişələrin tezliklə dayandırılmasının vacibliyini vurğulayıb.