ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir

30 Mart 2026 23:22 (UTC+04:00)

ABŞ Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb dövlətlərinin ödəməsində maraqlıdır.

Aznews.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

"Düşünürəm ki, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp onları buna təşviq etməkdə çox maraqlı olardı. Bu məsələdə ondan (Amerika lideri - Qeyd) önə keçməyəcəyəm. Amma əminəm ki, onun bu fikri var", - deyə o, Vaşinqtonun ərəb ölkələrinin İrana qarşı əməliyyatını maliyyələşdirməsini istəyib-istəməməsi sualına cavab olaraq bildirib.

O, ABŞ administrasiyasının rəhbərinin daha sonra bu məsələ ilə bağlı özü şərh verəcəyinə söz verib.