Kaja Kallas və Aİ xarici işlər nazirləri görüş üçün Kiyevə gəliblər

31 Mart 2026 12:04 (UTC+04:00)

Avropa Diplomatiyasının rəhbəri Kaya Kallas və Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri görüşdə iştirak etmək üçün Kiyevə gəliblər.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib .

Agentliyin Telegram kanalında bildirilir ki, "Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas və Avropa xarici işlər nazirləri Kiyevə gəliblər. Bu gün Ukrayna paytaxtında Aİ nazirlərinin görüşü keçiriləcək".

Nümayəndələr Ukrayna paytaxtına qatarla gəliblər. Kiyevin Mərkəzi Stansiyasında onları Ukraynanın xarici işlər naziri Andrey Sibiha qarşılayıb. O, Aİ nümayəndələrinə müraciətində səfəri "Ukrayna ilə əsl cəsarət və həmrəyliyin əlaməti" adlandırıb və Kallasa minnətdarlığını bildirib.

Mövsüm,

AzNews.az