Putin və Paşinyan sabah Moskvada danışıqlar aparacaqlar

31 Mart 2026 14:46 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Aznews.az xəbər verir ki, Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Putin və Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır", - məlumatda qeyd olunub.