ABŞ: Rusiya və Çinin İrana dəstəyi ilə qarşı-qarşıyayıq, qarşıdakı günlər həlledici olacaq

31 Mart 2026 17:26 (UTC+04:00)

ABŞ-nin müdafiə naziri Pit Heqseth bildirib ki, ölkəsi Rusiya və Çinin zəruri hallarda İrana dəstək göstərmək cəhdləri ilə üz-üzədir.

“Heç bir şübhə yoxdur ki, Rusiya və Çin nə etdiklərini yaxşı bilirik... lazım gəldikdə buna qarşı tədbir görürük, təsirini azaldırıq və ya birbaşa qarşısını alırıq,” – deyə Heqseth brifinq zamanı bildirib.

O qeyd edib ki, münaqişədə qarşıdakı bir neçə gün həlledici ola bilər və əlavə edib ki, ABŞ-nin zərbələri İranın hərbi gücünü zəiflədir.

“Bizim seçimlərimiz getdikcə artır, onların isə azalır... qarşıdakı günlər həlledici olacaq,” – deyə o vurğulayıb.

Mövsüm,

AzNews.az