Tramp Britaniya və Fransadan gileyləndi - Gündəmi çalxalayan mesaj

31 Mart 2026 19:28 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə platforması “Truth Social” hesabından yeni paylaşım edib.

Tramp yazıb:

“Hörmüz boğazına görə reaktiv yanacaq ala bilməyən bütün ölkələrə- məsələn, İranın “başının kəsilməsi” əməliyyatına qoşulmaqdan imtina edən Birləşmiş Krallığa- sizə bir təklifim var: Birincisi, reaktiv yanacağı ABŞ-dan alın, bizdə kifayət qədər var, ikincisi isə bir qədər gecikmiş cəsarət toplayın, boğaza gedin və sadəcə onu götürün. Özünüz üçün döyüşməyi öyrənməyə başlamalı olacaqsınız, ABŞ artıq sizə kömək etmək üçün orada olmayacaq, necə ki siz də bizim üçün orada deyildiniz. İran, əslində, darmadağın edilib. Çətin hissə artıq başa çatıb. Gedin və öz neftinizi götürün!

Fransa dövləti İsrailə doğru hərəkət edən, hərbi təchizatla yüklənmiş təyyarələrin Fransa ərazisi üzərindən uçmasına icazə vermədi. Fransa uğurla aradan qaldırılan “İran Qəssabı” məsələsində heç bir yardım göstərmədi. ABŞ bunu heç vaxt unutmayacaq”.

AzNews.az