Müharibə başlanandan İran son 24 saatda ən az sayda raket və dron atıb.
AzNews.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Pit Heqset çərşənbə axşamı Pentaqonda keçirilən brifinqdə danışıb. O, jurnalistlərə bildirib ki, ABŞ və İsrail İranın imkanlarını azaltmağa davam etdiyi bir vaxtda qarşı tərəfin komandirləri mağaralarda gizlənir:
"Onlar gizlənirlər, amma biz onları tapacağıq və göməcəyik. Bu yaxınlarda onların komandanlıq bunkerlərindən birini məhv etdik. Liderlər qaçmağa məcbur oldular. Su, elektrik, oksigen, komandanlıq və nəzarət yox idi. Mağaralarına olan inamları getdikcə azalır", - Heqset deyib.
Heqset bildirib: "Ən son kəşfiyyat məlumatı Mərkəzi Komandanlıqda (CENTCOM) mövcuddur. Zərbələrimiz İran ordusunun əhval-ruhiyyəsinə mənfi təsir göstərir, geniş yayılmış fərariliyə, əsas heyət çatışmazlığına və yüksək vəzifəli liderlər arasında narazılığa səbəb olur".
AzNews.az