Saray körpüsü yaxınlığında avtomobil avtobusla toqquşub

31 Mart 2026 19:50 (UTC+04:00)

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Saray körpüsünün yaxınlığında qeydə alınıb.

"Chevrolet Cobalt" markalı minik avtomobili 522 nömrəli marşrut avtobusu ilə toqquşub.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.