Azərbaycanın UNESCO-dakı fəal rolu müzakirə olunub

31 Mart 2026 20:01 (UTC+04:00)

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev UNESCO-nun yeni təyin olunmuş Baş direktorunun müavini xanım Asa Reqner ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin "X"dəki hesabında məlumat yayılıb.

Müzakirələr Azərbaycanın UNESCO-dakı fəal rolu, gender bərabərliyi, təhsil, UNESCO80 təşəbbüsü və gələcək əməkdaşlıq perspektivləri üzərində cəmləşib.