Ronaldu Kazemironun "Əl-Nəsr"ə keçməsi üçün çalışır

31 Mart 2026 20:07 (UTC+04:00)

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu yarımmüdafiəçi Kazemironu komandaya keçməyə razı salmağa çalışır.

Aznews.az xəbər verir ki, braziliyalı futbolçu yay "transfer pəncərəsi"ndə "Mançester Yunayted"i (İngiltərə) tərk edəcəyi üçün indidən başqa təklifləri dəyərləndirməyə başlayıb.

Ronaldu Kazemironu komandanın səviyyəsini yüksəltmədə həlledici fiqur kimi görür.

Eyni zamanda, ABŞ-nin "İnter Mayami" klubu da 34 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Danışıqlar mərhələli şəkildə davam edir. Kazemiro isə bu yaxınlarda Mayamiyə səfər edib, klubun bazası ilə tanış olub və rəhbərliklə görüşlər keçirib.

Qeyd edək ki, Ronaldu və Kazemiro 2013–2018-ci illərdə İspaniyanın "Real" komandasında birgə çıxış ediblər.