AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb.
AzNews.az xəbər verir ki, bunu Gununsesi.info-ya uzun illər AZAL-da pilotu kimi çalışan bir qrup şəxs bildirib.
Onların sözlərinə görə, uçuşlardan kənarlaşdırılmalarına səbəb AZAL-ın Türkiyədən və başqa ölkələrdən işə pilot götürməsidir.
“Halbuki Azərbaycan pilotları haqqında ən yüksək fikirləri cənab Prezident söyləyib”,- deyən pilotlar əlavə ediblər ki, milli kadrları müxtəlif bəhanələrlə uçuşlardan kənarlaşdırırlar.
Onların iddiasına görə, bu prosesə Samir Rzayevin Türkiyə vətəndaşı olan müşavirlərindən biri rəhbərlik edir.
Məsələ ilə bağlı AZAL-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinə sorğu ünvanlansa da, cavab verilməyib