Bakı- Sumqayıt şosesində ağır qəza: yol bağlandı- Fotolar

20 Sentyabr 2013 06:51 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.


Saat 7.30 radələrində yolun "Delfın" otelinin qarşısından keçən hissəsində ağır tonnajlı "KamAz" markalı maşın aşıb.

İlkin ehtimallara görə, qəzaya səbəb maşının sürücüsünün idarəetməni itirməsi olub. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzadan sonra yol bağlanıb.

Nəticədə yolda uzun tıxac yaranıb. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Azər
AzNews.az