Balakəndə bıçaqlanma hadisəsi olub.
Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mağazaların birində qeydə alınıb.
Belə ki, 30 yaşlı Nicat Qocayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 30 yaşlı Nürəddin Dadayevə kəsici alətlə xəsarət yetirib. N.Dadayev xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.