Sabiq baş nazirin evi yandı

20 Sentyabr 2013 07:10 (UTC+04:00)
Sentyabrın 20-də gecə saatlarında Gürcüstanın keçmiş baş naziri, çeşidli cinayətlərdə şübhəli bilinərək hazırda həbsdə olan Vano Merabişvilinin ailəsinin evi yanıb.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, onun ailəsinin evi ölkənin şərqində, Udeşi kəndindədir.

Məlumata əsasən, yanğın bütün evi əhatə etsə də, xəsarət alan olmayıb.
Hadisənin səbəbi araşdırılır.

AzNews.az