ABŞ prezidenti Donald Trampın 2 aprel tarixində xalqa müraciəti zamanı İranda quru əməliyyatı elan edə biləcəyi ehtimal olunur.
Bu fikri ABŞ ordusunun ehtiyatda olan podpolkovniki Daniel Devis səsləndirib.
Ağ Evin rəhbərinin xalqa müraciəti yerli vaxtla saat 21:00-a planlaşdırılıb.
Hərbi ekspert xatırladıb ki, Tramp yaxın vaxtlarda Yaxın Şərqdə müharibənin “iki-üç həftə ərzində” başa çatacağını bildirmişdi.
“Belə bir sual yaranır: görəsən, o hər hansı quru əməliyyatını elan edəcəkmi?” – deyə ehtiyatda olan hərbçi X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
Mövsüm,
AzNews.az