NASA Aya qayıtmaq üçün geri sayımın başladığını açıqladı!

1 Aprel 2026 14:16 (UTC+04:00)

Ay’a dönüş üçün geri sayım başlayıb...

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) bildirib ki, insanlığın “Apollo 17” missiyasından sonra ilk dəfə Aya insanlı uçuşu təmsil edən “Artemis 2”nin sabah Bakı vaxtı ilə saat 02:24-də Kennedi Kosmik Mərkəzindən buraxılması planlaşdırılır.

“Artemis 2” missiyası çərçivəsində “Space Launch System” raketi və “Orion” kapsulunun ilk insanlı uçuşu həyata keçiriləcək.

AYIN UZAQ ÜZÜ HƏDƏFDƏDİR

Missiya çərçivəsində ekipaj Ay səthinə eniş etməyəcək. Lakin Apollo proqramı ilə müqayisədə daha uzaq məsafəyə gedərək Ayın uzaq üzü ilə bağlı görüntülər əldə edəcək.

Təxminən 10 gün davam edəcək bu missiya gələcəkdə planlaşdırılan Ay enişləri üçün mühüm addım hesab olunur.

Mövsüm,

AzNews.az